Miri Yusif — Xatirə

Miri Yusif Xatirə

Текст песни

Duysan ürəyimin harayını

Bəlkə qayıdarıq o illərə

Birgə neçə küçələrdə qaçdıq

Neçə sabahları açdıq

Bilsən necə darıxmışam

 

Tənha qalıb Bakının küləkləri

Hərdən xatirələr boğar məni

Bizdən nə qalacaq ki geriyə?

Unutmaq olmur de niyə?

Sənsiz bu ömrü neynirəm?

 
Nəqarət
 

Güllər solar, ətri qalar əllərimizdə

Nəğmə gedər sətri qalar dillərimizdə

Soyuq məzar tək mi qalar?

İnsan ölər, şəkli qalar

Amma şəkilləri olmur qucaqlamaq

 
Bənd - 2
 

Səndən geriyə qalmadı heç nə

Təkcə xatirələr, yaşananlar

Ağrı verər sənə bənzəyənlər

Ömrümü hər bəzəyəndən

Səni olmaz əvəzedən

 

Tanrı sən qucaqla onu bərkdən

Səndən başqası yoxdur ürəkdə

Dostlar ağlayar gizlince yenə

Yerin çox görsənir deyə

Yaxşı insanlar tez gedər..

 
Nəqarət
 

Güllər solar, ətri qalar əllərimizdə

Nəğmə gedər sətri qalar dillərimizdə

Soyuq məzar tək mi qalar?

İnsan ölər, şəkli qalar

Amma şəkilləri olmur qucaqlamaq

 

Клип «Xatirə»

Видеоролики хранятся и модерируются сервисом YouTube. Отказ от ответственности

Заказать перевод Прислать свой вариант перевода

Текст песни Miri Yusif Xatirə предоставлен в ознакомительных целях для личного развития.