Səbəbkar
Bənd 1
Pəncərələrdən qəlbə nur saçan gündə
Çarəsiz şəfəqlərdə əksin var
Güzgü önündə sevgidən yanan gözlər
Susduğum bütün sözlər səndə donar
Nəqədər uzaq uçsaq,
Bir birimizdən qaçsaq
Qəlbdə eşqə yer varsa sevgi qovuşar
Nəqarət
Səbəbkarımsan şirin arzularımın
Tək açarsan sevgi qapılarımın
Səbəbkarımsan sənə yazılar ömrüm
Əlvan arzularımız daima yanar
Bənd 2
Tək diləyimsən ən çox dilədiyimsən
Döyünən ürəyimdə rəsmin var
Boş qaçışları, ümüdsüz yağışları,
Səbəbsiz yağışları sənlə dolaq
Nəqədər uzaq uçsaq,
Bir birimizdən qaçsaq
Qəlbdə eşqə yer varsa sevgi qovuşar
Nəqarət
Səbəbkarımsan şirin arzularımın
Tək açarsan sevgi qapılarımın
Səbəbkarımsan sənə yazılar ömrüm
Əlvan arzularımız daima yanar