Mən Heç kiməm
Bu həyatın axarında ya çör-çöpəm
Ya da çinar
Ya qatarın tüstüsündən azad quşam
Ya baharam ya da qışam
Hamı üçün az, özüm üçün çoxam
Bu gün acam, sabah toxam
Bu gün varam, sabah yoxam mən
Mən kiməm?
Mən heç kiməm
Mən ölüb gedəcəm 3 günə - 5 günə
Mən kiməm?
Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm
O isimsiz kölgələrdən
O xəbərsiz bölgələrdən
Bir qartalam, qəlbi lalam
Qışda günəş, yayda qaram
Ya arı qonan çiçək
Ya da cismini axtaran ruham mən
Bu gün varam sabah yoxam mən