Mən gedəcəm
Bənd 1
Mən həmin o itirilmiş vicdan
Mən xoşbəxtlik axtaran insan
Çox yorulmuşam bu yollardan
Səhnələrdən, pərdələrdən və rollardan,
Bir gün qərib ellərə köçəcəm buralardan,
Hamımız möhtacıq Tanrının rəhminə,
Dua etki düşməyək fələyin zəhninə,
Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər necə ki bitti Zaur və Təhminə
Nəqarət
Gəmilər, aparır bizi, tənha limana,
Səmalara çağırır bizi, sirli cahana,
Əlvida demədən, bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)
Gəmilər, aparır bizi, tənha limana,
Səmalara çağırır bizi, sirli cahana,
Bağışla ay ata, bağışla can anam,
Mən gedəcəm..
(Buraları tərk edəcəm)
Bənd 2
Mən daxili qocalmış aslan,
Mən bağları saralmış bağban
Xəstə könlümdə hər an üsyan
Mən bezmişəm köksüz bitən yalanlardan,
Uydurulma qəhrəmanlardan
Hamımız möhtacıq Tanrının rəhminə,
Dua etki düşməyək fələyin zəhninə,
Ya Rəbb! Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər necə ki bitti Zaur və Təhminə
Nəqarət
Gəmilər, aparır bizi, tənha limana,
Səmalara çağırır bizi, sirli cahana,
Əlvida demədən, bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)
Gəmilər, aparır bizi, tənha limana,
Səmalara çağırır bizi, sirli cahana,
Bağışla ay ata, bağışla can anam,
Mən gedəcəm..
(Buraları tərk edəcəm)