Тексты и переводы песен

Bura Bakıdır

Yığışdıq dostlaşdıq hərflərlə baş başa
Öyrənirdik dəydikcə hər dəfə baş daşa
Qrimdən dərimiz korlanırdı oynamalıydıq
Axı biz aktyorlarıq həyat ömürlük tamaşa
Oynamaqla bitmirki gərək bəyəndirək də
Maddi durum düzəlmirki quru ürək-dirəklə
Amma hərdən kağız pul da olur aciz
Yerlə yeksan olur hər şey bir küləklə
Dost bil buralara gəlmək üçün çox diş tökdük çox dırnaq
Rahat görünürük amma inan ki, elə də asan deyil ayaqda durmaq
Sifətdə cırmaq çoxalır gündən-günə sümürülür arteriyalar
Ətraf anti-sanitar zərərverici bakteriyalar
Gücünü yığ, ayağa dur olma hərkəsdən biri
Seç ya tapdaq altda öləcəksən ya əzab və diri
Bizə çox az yol göstərən olub bu yollarda
Çoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri
 
Bura Bakıdır ,bura şərqdir və qərbdir (bura Bakıdır)
Bura Bakıdır burda nə dəbdə bu bəlli (bura Bakıdır)
Bura Bakıdır bura şərqdir və qərbdir (bura Bakıdır)
Bura Bakıdır burda bəndələr fərqli (bura Bakıdır)
 
El -bil nə isə səhv gedir küçələrdə toz dolu
Sök-tik tik-sök bezdirdik biz yolu
Bəhs bəhsdir bəlkə bəsdir no parking
Yer yoxdur bu şəhərdə hər kəsin bir rolu
Hələ də uzanır əl hələ də ehtiyac boşdu cib
Hələ də küçədə var tində bacada qıza söz atan tip
Təhsildən kitablardan xəbərsizlər var hələ də var
My brain is working, my heart is so deep
Cəhənnəmini yaşamışıq biz necədir cənnətin dadı
Kiminçün cənnət bir loxma çörək ya da ki daxmadır
Baxmadıq hər çağıran səs qeyb olanda anladıq ki
Etdiyimizə səhvlərə görə necə də axmağıq
Hər bir şeyə qiymət qoyduq yaşamağa da vergi var
Haqsızlıq çoxdur, amma namazlarda cərgə dar
Ürəklərdə buz qabları, qulaqlarda dəmir qapılar
İnsanlarda indi içdə yaranan qəribə şübhə var
 
Bura Bakıdır bura şərqdir və qərbdir (bura Bakıdır)
Bura Bakıdır burda nə dəbdə bu bəlli (bura Bakıdır)
Bura Bakıdır bura şərqdir və qərbdir (bura Bakıdır)
Bura Bakıdır burda bəndələr fərqli (bura Bakıdır)
 
Şeytan bizdən çəkinir biz şeytanı da azdırarıq
Xəyallar üçün küçədə qəbirləri qazdırarıq
Bizə şərt qoyanın şərtin şumda kəsdirərik
Gücümüz çatmayan yükü mətnlə qaldırarıq
 

Понравилась песня? Будем очень благодарны, если вы расскажете о ней друзьям:



Послушать песню и посмотреть клип "Bura Bakıdır"

Видеоклипы к песне подбираются автоматически сайтом youtube.com. Отказ от ответственности

Текст песни Miri Yusif Bura Bakıdır предоставлен в ознакомительных целях для личного развития.